Özünə qəsd etdi amma ölmədi

İntihar məqsədi ilə özünü Kür çayına atmış Mingəçevir şəhər sakini xilas edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 23-nə keçən gecə Mingəçevir şəhər sakini İsmayıl Ağaəlizadə intihar məqsədi ilə özünü Kür çayına atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib. İ.Ağaəlizadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə