Azərbaycanda 3 nəfər zəhərlənib

Azərbaycanda 3 nəfər zəhərlənib

Azərbaycanda iki nəfər dəm qazından, bir nəfər isə sirkə turşusundan zəhərlənib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonu ərazisində yaşayan Zərifə Musayeva, Samux rayonunda yaşayan Qənimət Hüseynova mənzillərindən dəm qazından, Ağcabədi rayonunda yaşayan Ələkbər İbadov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə