Qəzada ölən şəxsin kimliyi açıqlandı

Qəzada ölən şəxsin kimliyi açıqlandı

Ötən gün Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Yevlax-Ağdam magistralının Bərdə rayonunun Cəyirli kəndi ərazisində "Mercedes" və "VAZ 2107" markalı iki minik avtomobili toqquşub.

Yüksək sürətlə qarşı-qarşıya hərəkət edən "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşaraq yoldan çıxıblar. Qəza nəticəsində "VAZ 2107" avtomobilin sürücüsü 57 yaşlı Qənimət Mayılov hadisə yerindəcə dünyasını dəyişib, iki sərnişin isə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Meyit müayinə olunmaq üçün məhkəmə tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Qeyd edək ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə