Bakıda hündürmərtəbəli binada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyixəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb. Yanğın zamanı ev sahibinin saçları qismən yanıb və 1 nəfər əl nahiyəsindən yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB