Körpəni anası boğub dənizə atdı

Körpəni anası boğub dənizə atdı

Bakıda meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub. SİA-nın Səbail Rayon Polis İdarəsinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə