Yanğın söndürüldü YENİLƏNİB (FOTOLAR) -VİDEO

Yanğın söndürüldü YENİLƏNİB (FOTOLAR) -VİDEO

Bakının Tbilisi prospektində 1058-ci məhəllə adlanan ərazidə yerləşən sexdə baş verən güclü yanğın söndürülüb. SİA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın nəticəsində 400 kvadrat metr ərazi, eləcə də 7 avtomobil yanaraq, külə dönüb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin ərazidə işləyən əməkdaşlarının verdiyi məlumata görə, hələlik hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə