Bakıda dəhşətli yanğın 6 avtomobil yandı (FOTOLAR)

Bakıda dəhşətli yanğın 6 avtomobil yandı (FOTOLAR)

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub. SİA-nın xəbərinə görə, yanğın nəticəsində 400 kvadrat metr ərazi, eləcə də 6 avtomobil yanaraq, külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Qeyd edək ki, hazırda yanğının qarşısının alınması üzrə işlər aparılır.

Hazırda çəkiliş qrupumuz hadisə yerindədir. Daha ətraflı məlumat yerləşdiriləcək.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə