Bu gün səhər saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib. Bakının Səbail rayonu ərazisində Azadlıq prospekti 11-də güclü külək nəticəsində ağac aşaraq, yaxınlıqdakı minik avtomobilinin üstünə düşüb. Əzilən avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən "Mercedes" markalı minik maşının sürücüsü hadisədən xəsarətsiz qurtula bilib. Xatırladaq ki, səhər saatlarında baş verən və nəqliyyatın intensiv hərəkətinə mane yaradan hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşlarını görə bilmədik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB