Bakıda darvaza oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Cavanşır Cəfərova məxsus Kürdəxanı qəsəbəsində yerləşən bağ evinin dəmir darvazası oğurlanıb. Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elşən Əlişad oğlu Qəhrəmanov tutulub.
Faktla əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB