Şəkidə dəhşətli qəza ölən və yaralılar var

Şəkidə dəhşətli qəza ölən və yaralılar var

Şəki rayonunun İnçə kəndində VAZ markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. SİA-nın (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat saat 04:01-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə