Balıqçının cəsədi sudan çıxarıldı

Balıqçının cəsədi sudan çıxarıldı

Xəbər verdiyimiz kimi bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib. SİA-nın məlumatına görə, davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb. Aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə