Balıqçılar batma təhlükəsi ilə üzləşib

Balıqçılar batma təhlükəsi ilə üzləşib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib. Digər balıqçının axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə