Dəmir yolu stansiyasından oğurluq etmiş Gəncə şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Gəncə dəmir yolu stansiyasının ərazisində 6 ədəd transformatorun mis sarğılarını oğurlamış Gəncə şəhər sakini Əli Hümbətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB