Şirvan və Sumqayıtda intihara cəhd hadisələri qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 16-da Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.
Analoji hadisə Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində qeydə alınıb. Şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB