İrandan Azərbaycana tiryək "hədiyyəsi"

İrandan Azərbaycana tiryək "hədiyyəsi"

Azərbaycanın Dövlət Gömrük Komitəsinin əməkdaşları İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşısını alıb. DGK Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Ramin Allahyarovun üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 8,672 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə