Kürdəmirdə qeyri-qanuni at kəsimi

Kürdəmirdə qeyri-qanuni at kəsimi

Bu gün axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kiloqram at əti aşkar edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən xəbərə görə, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub. İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə