Azərbaycanın tanınmış dj-i Ramil Əşrəfov beynəlxalq axtarışa verilib. SİA bu barədə İnterpolun saytına istinadən xəbər verir. Məlumata görə, 36 yaşlı Ramil Əşrəfov vergidən yayınmaqda təqsirləndirilir. R. Əşrəfov Azərbaycanda olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Ramil Əşrəfov dj fəaliyyəti ilə məşğul olub. O məşhur dj-in və qrupların Bakıda konsertlərini təşkil edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB