Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.
Goranboy Rayon İcra Hakimiyyətindən məlumat təsdiqlənib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb. N.Kərimovun sol ayağı amputasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB