Naxçıvanda silah-sursat tapıldı

Naxçıvanda silah-sursat tapıldı

Naxçıvan Muxtar Respublikası, Babək rayon sakini tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Babək rayonunun Nehrəm kənd sakini İbrahim Sadiqov tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 2 ədəd kustar üsulla hazırlanmış tapançanı, 2 ədəd qumbaranı və 174 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil verib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə