58 min manat dəyərində oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Sİa-ya verilən xəbərə görə, Yasamal RPİ CAŞ və 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 12-də saat Əli Adil oğlu Quliyevin M.Muxtarov küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 58 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Zümrüd Fərhad qızı Rəhimova tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə