İki qardaş 6 mağazanı ardicil qarət edib

İki qardaş 6 mağazanı ardicil qarət edib

Şirvan Şəhər Polis Şöbəsinin əməliyyatçıları keçirdiklər əməliyyat axtariş tədbirləri nəticəsində şəhərdə 6 müxtəlif mağazanı qarət edən 2 qardaşı yaxalayib. SİA-nin Aran bürosunun verdiyi məlumata görə, Sabirabad rayonu Nizami kənd sakinləri 1993-ci il təvəllüdlü Sadıqlı Məhəmməd Aydın oğlu və əvvəllər dəfələrlə məhkum olunmuş qardaşı 1989-cu il təvəllüdlü Sadıqov Ruşan Aydın oğlu qabaqcadan əlbir olaraq Şirvan şəhərində yerləşən 6 mağazalardan ümumi dəyəri 10 min manata qədər olan müxtəlif növ ərzaq məhsulları, elketron avadanlıqlar və nəğd pul oğurlayıblar.

Hər iki qardaş barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qəti imkan tədbiri çeçilib.

Onlar barəsində Şirvan polis şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. Araşdirmalar davam edir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə