Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına uğrayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində, Şamaxı rayonunda baş verib. Belə ki, yolun ortasında manevr edərək əks yola keçmək istəyən "İsuzu" markal avtobus arxadan gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Avtomobilinin sürücüsü Alim Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti normaldır.
Qeyd edək ki, faktla bağlı Respublika Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri araşdırılacaq və avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB