Ticarət mərkəzindəki zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Ticarət mərkəzindəki zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Bakıda ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisindəki "Metropark" ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib. 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə