Kürdəmir şəhərində "VAZ" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. SİA-nın Fövqəlaqdə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB