Bakıda binanın zirzəmisini su basdı

Bakıda binanın zirzəmisini su basdı

Bakıda binanın içərisində insan yaşayan zirzəmisini su basdı. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub.

Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə