Göyçayda 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə, Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
10-KJ-339 dövlət nömrə nişanlı, "VAZ 2109" markalı minik maşını qarşı tərəfdən gələn 10-KF-904 dövlət nömrə nişanlı, "VAZ 21099" markalı avtomobillə toqquşub.
Hadisə zamanı Göyçay şəhər sakinləri, 1973-cü il təvəllüdlü Rəfiyev Qabil Əliyar oğlu, 1987-ci il təvəllüdlü Quliyeva Həbibə Qeyrət qızı və 1969-cu il təvəllüdlü Quliyeva Gülnarə Məhəmməd qızı müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB