Avtomobillər toqquşdu 3 nəfər xəsarət aldı

Avtomobillər toqquşdu 3 nəfər xəsarət aldı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də saat 10.00 radələrində Kürdəmir rayonunun Xırdapay kəndində rayon sakini Eldar Rəhimovun idarə etdiyi "VAZ-21015" və Hacıqabul rayon sakini Cabir Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə E.Rəhimovun 3 sərnişini xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə