Azərbaycanda 3 balıqçı itkin düşüb

Azərbaycanda 3 balıqçı itkin düşüb

Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub. Dərhal FHN-in dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə