Salyanda mənzildən xeyli miqdarda pul oğurlayan şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Qalib Əsgərovun evindən 14000 manat və 2300 ABŞ dolları oğurlayan rayon sakini Fərəc Qasımov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB