36 kisə kartof oğurlayan şəxs tapıldı

36 kisə kartof oğurlayan şəxs tapıldı

Bakıda 36 kisə kartof oğurlayan şəxs ay yarımdan sonra saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Ramin Alıyevə məxsus "KamAZ" markalı avtomobildən 36 kisə kartof oğurlayan Xaçmaz rayon sakini Ceyhun Ramazanov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə