Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kvadratmetr olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB