Bakıda ictimai iaşə evində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m olan, hal-hazırda sökülnəkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanan binanın əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB