Astara və Lənkəran rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 1-də Astara rayonunun Nuyabud kəndində kənd sakinləri Əflatun Həkimov və oğlu Elson, Lənkəran rayon sakini Zöhrab Cəfərov isə Neftçala rayonunun Qaçaqkənd kəndində elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB