Son günlər aramsız yağıntılar Cəlilabad rayonunda torpaq sürüşmələrinə səbəb olub. SİA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad -Sadatlı avtomobil yolunda qeydə alınan sürüşmə nəticəsində yolda dərinliyi yarım metrə qədər olan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə yolun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən hissəsində yaranıb. Ona yaxın kəndin əhalisinin istifadə etdikləri avtomobil yolunun müxtəlif hissəsində baş verən sürüşmə asfaltı yararsız hala gətirib..
Yolun yararsız hala düşməsi nəticəsində kəndlərin rayon mərkəzi ilə əlaqaəsi məhdudlaşdıb.
Suruşmə zonasında yerləşən bəzi evlərin və yardımçı tiklilərin divarlarında iri çatlar yaranıb. Sürüşmənin belə sürətlə davam etməsi tədricən ətraf ərazilərdə iri topaq qatının uçmasına da gətirib çıxara bilər.
Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Onların rəyindən sonra yolun çökmüş hissəsində bərpa işlərinin aparılması nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB