Bakıda bina yandı 20 nəfər təxliyə olundu

Bakıda bina yandı 20 nəfər təxliyə olundu

Bakıda hündür mərtəbəli yaşayış binasında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyiinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda çox mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə