Qazaxıstan sərhədçiləri Azərbaycanın 4 vətəndaşını saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan vətəndaşları Xəzərin Qazaxıstana aid hissəsində nərə balığının qanunsuz ovu ilə məşğul olmaqda şübhəli bilinirlər. Onlardan çoxlu sayda nərə kimilərə aid balıq müsadirə edilib. Brokonyerlikdə şübhəli bilinənən azərbaycanlıları saxlayan zaman sərhədçilər odlu silahdan atəş açıblar.
Məlumatda həmçinin bildirilir ki, havaya iki dəfə xəbərdarlıq atəşi açılıb. Brokonyerlər təslim olub. Atəş nəticəsində xəsarət alan olmayıb. Qayıqdan 240 ədəd nərəkimilərə aid balıq aşkarlanıb. Ümumilikdə 946 kq-ya yaxın balıq və başqa əşyalar müsadirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB