Qanunsuz su anbarına girdi FHN yaxaladı

Qanunsuz su anbarına girdi FHN yaxaladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsi yaxalayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 nəfər Mingəçevir şəhəri, Mingəçevir su anbarının qadağan olunmuş ərazisinə rezin qayıqla daxil olub.

Dərhal FHN-in müvafiq mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə