7 otaqlı evdə yanğın olub

Daşkəsən rayonunun Qazaxyolçular kəndində ikimərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın ümumi sahəsi 288 kv.m olan 7 otaqlı evin ikinci mərtəbəsində baş verib. Nəticədə 5 otağın yanar konstruksiyaları 144 kv.m sahədə və evə bitişik ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə