Nəvə nənəsini soydu

Bakının Nizami rayonunda nənəsinin evini qarət edən gənc saxlanılıb. Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, əməiyyat Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 19 yaşlı İlkin Paşayev tutulub. Onu martın 22-də Gülbacı Sadıqovanın evindən qızıl əşyalar oğurlamaqda günahlandırılır.

Qeyd edək ki, İlkin Paşayev qarət etdiyi evdə yaşayır. O, Gülbacı Sadıqovun nəvəsidir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə