Hadisə SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqəsində baş verib
Gürcüstanın Daxili İşlər Nazirliyi SOCAR-ın bu ölkədəki yanacaqdoldurma məntəqəsinə basqınla əlaqədar məlumat yayıb. Məlumatda deyilir ki, martın 23-də gecə saatlarında SOCAR-ın Tbilisinin Quramaşvili prospektindəki maye qazdoldurma məntəqəsinə basqın olub. Məntəqənin azərbaycanlı və gürcü olan əməkdaşlarına ağır bədən xəsarətləri yetirilib. Yaralanan şəxslər hazırda xəstəxanadadırlar və onların vəziyyəti stabil ağırdır.
Daxili işlər orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində basqın edən şəxslərdən biri, əvvəllər məhkum olunmuş U.Zurab isti izlərlə yaxalanıb. Ondan basqında istifadə etdiyi bıçaq maddi dəlil olaraq götürülüb.
Digər cinayətkarların axtarışı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB