Bakı-Quba yolunda dəhşətli qəza

Bakı-Quba yolunda dəhşətli qəza

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 19-cu km-də yol-nəqliyyat hadisəsi baş verib. "Azəryolservis" ASC-dən verilən məlumata görə, meteoroloji şərait düzgün seçilməməsi səbəbindən martın 23-ü təxminən saat 11:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 19-cu km-də şəhərə gəliş istiqamətində zənzirvari yol qəzası baş verib. 6 avtomobilin iştirakı ilə baş verən qəzada yol təsərrüfatına ziyan dəyib.

Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC və Baş Dövlət Yol Polisinin əməkdaşları ilə birgə baş vermiş hadisə ilə bağlı akt tərtib olunub. Qəza nəticəsində 77,4 pm əyrixətli tir sıradan çıxıb. Hazırda avtomobillərin yoldan kənarlaşdırılması istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə