Sumqayıtda 9-cu mərtəbədə yanğın olub

Sumqayıtda 9-cu mərtəbədə yanğın olub

Bu gün Sumqayıt şəhəri 9-cu mikraroyon ərazisində 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yanğın hadisəsi baş verib. SİA-nın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt regionalına məxsus 3 yanğınsöndürən avtomobil, təcili tibbi yardım maşınları və polislər cəlb olunub.

Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb evdə qaz sobasının açıq qalması olub. Amma hələlik yanğının nədən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə