İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata əsasən, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Həbib Əliyevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, ümumi xalis çəkisi 2,933 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB