Lənkəranda yaşayış evi yanaraq külə dönüb

Lənkəranda yaşayış evi yanaraq külə dönüb

Lənkəranda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə 04:00 radələrində rayonun Lüvəsər kənd sakini, 61 yaşlı Ramiz Hüseyn oğlu Ağayevə məxsus ikimərtəbəli, 4 otaqlı yaşayış evində qeydə alınıb. Evdə yaşayış olmadığından yanğın qısa zamanda bütün evi əhatə edib. Yanğından ilk xəbər tutan isə qonşular olub. Dərhal hadisə barədə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinə məlumat verilib. Dərhal yanğın baş verən əraziyə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qısa zamanda yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alnıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 240 kv.m olan evin 2 otağı içindəki məişət əşyaları ilə birlikdə və dam örtüyü 180 kv-m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə