İkimərtəbəli ev yandı

Lənkəran rayonunun Lüvəsər kəndində vətəndaşa məxsus ikimərtəbəli 4 otaqdan ibarət evin 2 otağı, aynabəndin yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü yanıb. SİA bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə