Tovuz sakininə satdığı inəyin müqabilində saxta pul verilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək almış və ödəniş kimi ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əsginas verib.
Faktla əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB