Lənkəran şəhərində tiryəkxana aşkarlanıb. SİA-nın Cənub bürosunun məlumatına görə, bu barədə məlumatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov verib. Onun sözlərinə görə, polis əməkdaşalarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Səməd Vurğun küçəsi,72 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş İqbal Səfərə oğlu Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub. Axtarış zamanı evdən 31 bükümdə 1,5 qram narkotik vasitə olan heroin, 3 ədəd "Metodon" həbi, 46 ədəd şpris, digər ləvazimatlar, o cümlədən 1 ədəd elektron tərəzi və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbiri zamanı İqbal Həsənovun evindən narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşamış Lənkəran şəhər sakinləri Valeh İsmayıl oğlu Bədəlov, Rövşən Əlişan oğlu Sultanov və Elman Mirsadıq oğlu Quliyev saxlanılıb.
Faklta bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB