Salyanda təxminən 2 il əvvəl ölümlə nəticələnən yol qəzası törətmiş sürücünün kimliyi məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il mayın 17-də Salyan rayonu ərazisində Qızqayıt Gözəlovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin kimin tərəfindən törədilməsi müəyyən edilib.
Məlum olub ki, bu, "MAN" markalı avtomobilin sürücüsü, Astara rayon sakini Mehdi Kərimovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB