Siyəzən rayonunda "KamAz" markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəza nəticəsində yük avtomobilinin birinin sürücüsü 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində həlak olub. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB