Siyəzən rayonunda iki "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə yük avtomobilinin birinin sürücüsü 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat edib. Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı qurumlara təhvil verilib. Əməliyyat saat 05:02-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB